Lavrov Bakıya səfərə gəlib

Lavrov Bakıya səfərə gəlib

Rusiya XİN rəhbərinin Bakıda bir sıra rəsmi görüşləri planlaşdırılıb.

Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov Azərbaycana işgüzar səfərə gəlib.

Oxu.Az-ın məlumatına görə, səfər işgüzar xarakter daşıyır.

Səfər müddətində S.Lavrovun Azərbaycan prezidenti İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla görüşü gözlənilir. Görüşlər zamanı ikitərəfli münasibətlər və Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı müzakirələr aparılacaq.

Rusiyanın XİN rəhbərinin Azərbaycana səfəri sabah başa çatacaq.

0
15