Banklarda əmanətlər azalıb

Banklarda əmanətlər azalıb

Mərkəzi Bankın statistikası göstərir ki, əhali pullarını banklara etibar etməkdən çəkinir.

Azərbaycan banklarında əmanətlər azalıb.

Oxu.Az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, may ayında banklara qoyulan əmanətlərin həcmi 119 mln. manat və ya 1,55% azalaraq 7 mlrd. 566 min manata enib.

Ümumilikdə, bu ilin əvvəlindən indiyədək banklarda əmanətlər təqribən 2 milyard manat azalıb. – ilin əvvəlində əmanətlər 9 milyard 9 473,9 milyon manat idi.

May ayında fiziki şəxslərin milli valyutadakı əmanətləri 39,9 milyon və ya 2,83% artaraq 1 mlrd. 447,5 mln. manat təşkil edib. Bu göstərici ilin əvvəlində 1 milyard 420,2 milyon manat idi. Ötən ilin eyni dövrü ilə müqayisədə isə əmanətlərin həcmi 725,1 mln. manat və ya 33,37% azalıb.

Xarici valyutada əmanət qoyuluşu isə 158,9 mln. manat, başqa sözlə, 2,53% azalıb. Hesabat dövründə xarici valyutada olan əmanətlər 6 mlrd. 118.4 mln. manat təşkil edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 689,9 mln. manat və ya 12,71% çoxdur.

0
12