Ronaldunun diz bağları dartılıb

Ronaldunun diz bağları dartılıb

Bərpa üçün ona bir aydan çox vaxt lazım olacaq.

Portuqaliya yığmasının və Madrid “Real” komandasının forvardı Kriştianu Ronaldunun zədəsinə dair həkimlərin ilk çıxarışı məlum oldu.

Bu barədə Oxu.Az Marca-ya istinadən xəbər verir.

K.Ronaldu “Avro-2016” çempionatının finalında Fransa ilə oyunun cəmi 25 dəqiqəsini meydanda olub, daha sonra o, fransalı havbek Dmitri Payet ilə toqquşub və meydanı xərək üzərində tərk etməli olub.

Marca-nın məlumatına görə, portuqaliyalı oyunçunun sol dizinin bağları dartılıb. Bərpa üçün ona bir aydan çox vaxt lazım olacaq.

Beləliklə, Ronaldu Avropa superkuboku uğrunda avqustin 9-da Norveçin Tronheym şəhərində keçiriləcək “Sevilya”ya qarşı matçda iştirak edə bilməyəcək.

0
9