Roma Papasının Bakıya səfərinin proqramı açıqlandı

Roma Papasının Bakıya səfərinin proqramı açıqlandı

Fransisk oktyabrın 2-də Azərbaycana gələcək.

Vatikan Roma Papasının Azərbaycana səfərinin proqramını açıqlayıb.

Oxu.Az-ın Vatikanın mətbuat xidmətinə istinadən verdiyi xəbərinə görə, Papa Fransisk sentyabrın 30-da Gürcüstana, oktyabrın 2-də isə Azərbaycana səfər edəcək.

Papanın Bakıya səfəri Bakirə Müqəddəs Məryəm katolik kilsəsində dua oxuması ilə başlayacaq.

Daha sonra pontifik Azərbaycan Prezidenti İlham Əliyev, Qafqaz Müsəlmanları İdarəsinin rəhbərliyi, Bakıdakı Rus Pravoslav Kilsəsi və yəhudi icmasının nümayəndələri ilə görüşü planlaşdırılıb.

Elə həmin gün axşam Papa Fransisk Vatikana dönəcək.

0
8