Miri Yusifin konsertindən görüntülər – FOTO

Miri Yusifin konsertindən görüntülər – FOTO

Azərbaycan estradasının ulduzu Miri Yusif “Yaşıl Teatr”ın səhnəsində iki gün konsert proqramı ilə çıxış edib.

Oxu.Az xəbər verir ki, müğənni “#2 GÜN” adlanan konsertində sevilən mahnıları ilə bərabər, yeni hitlərini də səsləndirib.

Gecədə Miri Yusifin oğlu Mir Hüseyn səhnəyə çıxaraq “Sən hara, bura hara” adlı mahnının sədaları altında rəqs edib.

Konsertdə “Eurovision - 2011” mahnı müsabiqəsinin qalibi Nigar Camal Miri Yusiflə birlikdə duet ifa edib. N.Camal geyimi ilə izləyənlərin və medianın diqqət mərkəzində olub.

Qeyd edək ki, konsertin informasiya dəstəyi Oxu.Az İnformasiya Agentliyi və 107.7 FM - Avto FM olub.

Aytən Sadıqzadə
Foto: Nüsrət Abdullayev

0
26