Murad Arif təqdimat keçirdi: "Kişi müğənnilərə..." - VİDEO

Murad Arif təqdimat keçirdi: "Kişi müğənnilərə..." - VİDEO

Bəstəkar-müğənni Murad Arif ifa etdiyi “Dondurma” adlı bəstəyə çəkilmiş klipi mediaya təqdim edib. Lent.az-ın jurnalistləri başına cəm edən ifaçı bildirib ki, rejissorluğunu Fərid Yusifoğlunun etdiyi klip 1 günə çəkilib: “Bu mahnının söz və musiqisi özümə məxsusdur. Bu gün təqdim etdiyim klipin fərqli olduğunu deyə bilərəm. Bu ekran işi 40 günə montaj edilib. Bu gündən “Youtube” şəbəkəsinə yüklənilib. Yaradıcılığımda yeniliklərim bol olacaq. Üzü payıza xalq artisti Flora Kərimova ilə duetimi təqdim edəcəm. Flora xanım mahnıya qulaq asandan sonra mənə dedi ki, indiki zəmanədə belə bir mahnı yoxdur. Bir sözlə yaxşı bir duet gəlir. Yeni bəstələdiyim  mahnılar çoxdur. Amma şou-biznesdə olan heç bir kişi müğənniyə mahnı verməyəcəm".

Qeyd edək ki, tədbirin təşkilatçısı M.Arifin prodüseri Pərviz Əsgərov idi.

0
12