Gənc portuqaliyalı fransız azarkeşi ovundurur – VİDEO

Gənc portuqaliyalı fransız azarkeşi ovundurur – VİDEO

Portuqaliya yığması Fransa yığmasını 1:0 hesabı ilə məğlub edərək futbol üzrə Avropa çempionu oldu.

İnternetdə “BBC” kanalının Avropa çempionatından dərhal sonra çəkdiyi video populyarlıq qazanmağa davam edir.

Oxu.Az xəbər verir ki, videoda Portuqaliya yığmasının azyaşlı azarkeşi məğlubiyyətə uğramış Fransa komandasının azarkeşini ovundurur.

Oğlan ağlayan kişiyə yaxınlaşaraq onun əlini sıxıb, bunun qarşılığında kişi oğlanın başından öpüb, daha sonra azarkeşlər gülümsəyərək qucaqlaşıblar.

İyulun 10-da Portuqaliya yığması Fransa yığmasını 1:0 hesabı ilə məğlub edərək futbol üzrə Avropa çempionu oldu. Final görüşünün keçirildiyi Parisdə matçdan sonra iğtişaşlar başlayıb. Toplaşan azarkeşləri dağıtmaq üçün polis gözyaşardıcı qazdan və dəyənəkdən istifadə etməli olub.

0
21