Dünya Bankı məcburi köçkünlərə kredit verəcək

Dünya Bankı məcburi köçkünlərə kredit verəcək

Beynəlxalq maliyyə qurumu ilə Azərbaycan hökuməti arasında 66,7 milyon dollarlıq saziş imzalandı.

Dünya Bankı (DB) və Azərbaycan hökuməti “Məcburi köçkünlərin rifahının yaxşılaşdırılması” (IDP, Living Standards and Livelihoods) layihəsi üzrə 66,7 milyon dollar həcmində əlavə maliyyələşdirmə haqqında saziş imzalayıblar.

Oxu.Az Trend-ə istinadən xəbər verir ki, Dünya Bankının Direktorlar Şurası layihə üçün əlavə maliyyəni iyunun 17-də təsdiqləyib. Azərbaycan hökumətinin layihədə iştirak payı 11,83 milyon dollardır (vergi ödənişlərinin qarşılanması üçün).

Bankın yerli nümayəndəliyindən əlavə maliyyələşdirmə çərçivəsində vəsaitin ayrılması müddətini dəqiqləşdirməyiblər.

0
9