Bakıda 2 yaşlı qız faciəvi şəkildə öldü – TƏFƏRRÜAT

Bakıda 2 yaşlı qız faciəvi şəkildə öldü – TƏFƏRRÜAT

Azyaşlılar oynayarkən onların anası evdə olub.

Bakıda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Oxu.Az Lent..az-a istinadən xəbər verir ki, iyulun 10-da Pirallahı qəsəbəsində yaşayan azyaşlı Arzu Abışzadə evlərinin (5 mərtəbəli yaşayış evinin 5-ci mərtəbəsi) pəncərəsindən yıxılaraq ölüb.

Arzu Abışzadənin 2 yaşı keçən ayın 19-da tamam olubmuş. O, dünən özündən 2 yaş böyük qardaşı ilə mənzildə oynayırmış. Uşaqlar yataq otağında hündürlüyə çıxıb özlərini yatağın üstünə ataraq əylənirmiş.

Bu zaman pəncərəyə çıxan 2 yaşlı Arzu müvazinətini itirib və pəncərədəki qoruyucu tora tərəf yıxılıb. Pəncərəyə bərkidilmiş tor uşağın ağırlığından yerindən çıxıb və azyaşlı yerə yıxılıb. O, aldığı xəsarətdən hadisə yerindəcə keçinib.

2 yaşlı qızcığazın pəncərədən necə düşdüyünü təkcə 4 yaşlı qardaşı görüb.

Hadisə yerindən pəncərəyə quraşdırılmış qoruyucu tor götürülüb.

Azyaşlılar oynayarkən onların anası evdə olub və məişət işlərini görürmüş.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, pəncərələrə bayırdan bərkidilən və ağcaqanadların evə dolmasının qarşısını alan qoruyucu torlar bir çox hallarda asanlıqla yerindən çıxır. Bəzən bu torlar güclü küləyin təsiri nəticəsində də yerindən boşalaraq düşür.

Araşdırma aparılır.

0
28