Bakıda restoranda dava düşdü

Bakıda restoranda dava düşdü

Saxlanılanlar var.

Bakıda restoranda dava düşüb.

Oxu.Az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, iyulun 9-da Nərimanov rayonu ərazisindəki restoranlardan birində ictimai asayişi pozmuş Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Laçın İsmayılov və Fuad Şahverdiyev rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq 18-ci PB-yə təhvil verilib.

Binəqədi RPİ 7-ci PB əməkdaşları tərəfindən L.İsmayılovun həmin gün Zamir Mehdiyevə və Abdulla Nurəliyevə məxsus mobil telefonları oğurlaması müəyyən edilib.

0
8