Mərkəzi Bank bu gün əhalidən 45 milyon manat yığdı

Mərkəzi Bank bu gün əhalidən 45 milyon manat yığdı

Depozit hərracına maraq gözləniləndən az oldu.

Bu gün Azərbaycan Mərkəzi Bankı tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə 50 milyon manat həcmində keçirilmiş növbəti depozit hərracında tələb 45 milyon manat olub.

Oxu.Az xəbər verir ki, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi 5,99% təşkil edib.

Məlumatda qeyd edilir ki, Mərkəzi Bank bundan sonra da pul siyasəti alətlərindən makroiqtisadi vəziyyətə uyğun olaraq istifadə edəcək.

0
7