Poroşenkonun Bakıya səfərinin vaxtı bəlli oldu

Poroşenkonun Bakıya səfərinin vaxtı bəlli oldu

Ukrayna prezidentini hökumət üzvləri və iş adamlarından ibarət nümayəndə heyəti müşayiət edəcək.

“Ukrayna prezidenti ilə iyulun 14-də Azərbaycana səfərimiz gözlənilir”.

Oxu.Az-ın xəbərinə görə, bunu APA-ya açıqlamasında Ukrayna-Azərbaycan parlamentlərarası İşçi qrupunun rəhbəri Maksim Kuryaçie deyib.

O, P. Poroşenkonu iki günlük səfərdə hökumət üzvləri və iş adamlarından ibarət nümayəndə heyətinin müşayiət edəcəyini, səfər hazırlıqlarının tamamlanmaq üzrə olduğunu qedd edib.

Qeyd edək ki, səfər proqramına Taras Şevçenkonun Bakıdakı abidəsinin ziyarət olunması, ölkə başçılarının təklikdə və nümayəndə heyətləri ilə birlikdə görüşləri, iş adamlarının iştirakı ilə toplantılar və s. daxildir.

0
9