Ramazan bayramı münasibəti ilə xeyriyyə tədbiri keçirilib – FOTO

Ramazan bayramı münasibəti ilə xeyriyyə tədbiri keçirilib – FOTO

Tanınmış modelyer Gülnarə Xəlilova, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İctimai Birliyinin dəstəyi ilə Ramazan bayramında ciddi mənzil problemi ilə üzləşən bir ailə üçün xeyriyyə aksiyası keçirib.

Oxu.Az xəbər verir ki, G.Xəlilova Ramazan bayramı münasibəti ilə belə bir tədbirin keçirilməsinin Ramazanın mahiyyətinə çox uyğun olmasını və aksiyanın sonunda bir ailənin probleminin həllini tapmasının onlar üçün ən gözəl bayram hədiyyəsi olacağını bildirib.

Müəllifi olduğu geyim və əsərlərinin xeyriyyə aksiyasına çıxarılacağını deyən Gülnarə Xəlilova tədbir iştirakçılarını fəal olmağa çağırıb.

Tədbiirin keçirilməsinə dəstək verən Avrasiya Beynəlxalq Araşdırmalar İnstututu İctimai Birliyinin sədri, millət vəkili Qənirə Paşayeva yardımlaşma, paylaşma ayı olan Ramazan ayı və bayramının mahiyyətindən danışaraq bildirib ki, bu bayramda ehtiyacı olanları sevindirmək ən gözəl addımlardan biridir və bu aksiyada məhz buna xidmət edir.

Əməkdar artist Tünzalə Ağayeva da tədbirə dəstək olmaqdan məmnuniyyət duyduğunu deyib və belə aksiyaların önəmindən danışıb. Nuranə Axundovanın aparıcılıq etdiyi tədbirdə bir sıra tanınmış ictimai xadimlər, QHT və KİV rəhbərləri, tanınmış sənət adamları iştirak ediblər.

Tədbirin sonunda xeyriyyə aksiyasından əldə olunan gəlir mənzil problemi ilə üzləşən ailəyə təqdim olunub.

Aytən Sadıqzadə

0
92