İran və Ermənistan arasında viza rejimi rəsmi şəkildə ləğv edildi

İran və Ermənistan arasında viza rejimi rəsmi şəkildə ləğv edildi

İki ölkənin vətəndaşları viza almadan bir ölkədən digərinə səfər edə və 90 gündən 180 günədək o biri ölkənin ərazisində qala biləcə

İranla Ermənistan arasında viza rejiminin ləğvi rəsmiləşib.

Oxu.Az-ın erməni KİV-nə istinadən verdiyi məlumatına görə, Tehranda Nazirlər Kabinetinin iclasında Ermənistanla İran arasında viza rejiminin ləğvi ilə bağlı razılaşma təsdiqlənib.

Qeyd edək ki, iyunun 16-da İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif və Ermənistan xarici işlər naziri Edvard Nalbandyan iki ölkə arasında viza rejiminin ləğvi barədə razılaşma imzalayıb. Sənəd Ermənistan parlamenti tərəfindən təsdiq olunub.

Sənədə əsasən, Ermənistan və İran İslam Respublikasının vətəndaşları viza almadan bir ölkədən digərinə səfər edə və 90 gündən 180 günədək o biri ölkənin ərazisində qala biləcəklər.

0
11