Obama nüvə siyasətini dəyişdirir

Obama nüvə siyasətini dəyişdirir

ABŞ nüvə silahlarını modernizasiyasına çəkilən xərcləri ixtisar etmək fikrindədir.

ABŞ prezidenti Barak Obama ölkənin nüvə siyasətində ciddi düzəlişlər etməyi planlaşdırır.

Oxu.Az xəbər verir ki, bu barədə Ağ evdəki yüksəkvəzifəli mənbəyə istinadən “The Washington Post” məlumat yayıb.

Nəşrin məlumatına görə, digər addımlarla yanaşı, ABŞ-ın nüvə silahından birinci istifadə etməyəcəyi bildiriləcək.

Obama Administrasiyası BMT-nin Təhlükəsizlik Şurasının nüvə sınaqlarının qadağan edilməsinə dair qəbul etdiyi qətnaməni qəbul etməyə hazırlaşır. Beləliklə də, Ağ ev Konqresdə Nüvə sınaqlarının ümumi qadağasına dair Müqavilənin səsə qoyulmasından qaçınmağa ümid edir.

Bundan başqa, Rusiyaya CHB-III müqaviləsinin müddətinin beş il (2026-cı ilə qədər) artırmağı təklif etmək planlaşdırılır.

Bir sıa yükəskvəzifəli məmurlar yeni qanadlı raketlərin hazırlnamasının dayandırılmasının lehinə çıxış edirlər.

Ümumilikdə, Obama Administrasiyası nüvə silahlarının modernizasiyasına çəkilən xərcləri ixtisar etmək fikrindədir. Ekspertlərin hesablamalarına görə, yaxın 10 il ərzində bu, ABŞ-a 350 milyard dollara başa gələcək.

0
10