Ağlayan Ronaldu və kəpənək internet “memə” çevrildi – FOTO

Ağlayan Ronaldu və kəpənək internet “memə” çevrildi – FOTO

“Hər bir insanın çətin anda dəstəkləyəcək kəpənək dostu olmalıdır”.

İnternet istifadəçiləri futbolçu Kriştian Ronaldunun üzünə qonan kəpənəyi “memə” çeviriblər.

Oxu.Az Lenta.ru-ya istinadən xəbər verir ki, “Avro-2016”-nın finalında zədə alan və oyunu tərk etməli olan idmançı meydanda ağlayıb.

Bu zaman onun üzünə kəpənək qonub və məhz bu kəpənək sosial şəbəkə istifadəçilərinin diqqətini çəkib.

Şəbəkə istifadəçilərinin bir hissəsi kəpənəyin futbolçunu sakitləşdirməyə cəhd etdiyini, digər hissəsi isə Ronaldunun göz yaşlarına məhz onun səbəb olduğunu bildirir.

İyulun 10-da Portuqaliya yığması Fransa komandasına qalib gələrək Avropa çempionu oldu. Ronaldu Fransa komandasını havbeki Dimitri Payet ilə toqquşduqdan sonra oyunun 25-ci dəqiqəsində meydançanı tərk etməli olub.

0
16