Günel Musəvi ana oldu – FOTO

Günel Musəvi ana oldu – FOTO

Altı ildir Amerika Birləşmiş Ştatlarında yaşayan azərbaycanlı aparıcı Günel Musəvi ana olub.

Oxu.Az xəbər verir ki, teleaparıcı bu haqda sosial şəbəkədə məlumat verərək qızının dünyaya gəldiyini bildirib. O, körpəsinə Sevil adını qoyub.

Qeyd edək ki, G.Musəvi “Every Azeri” adlı onlayn jurnalının təsisçisidir. O, eyni zamanda, Amerika və Azərbaycanı bir-birinə tanıtmaq məqsədilə “YouTube” ineternet kanalında silsilə verilişlər təqdim edib.

Aytən Sadıqzadə

0
23