“Avro-2016”-nın finalında iğtişaşlar: 40-dan çox azarkeş saxlanılıb – FOTO

“Avro-2016”-nın finalında iğtişaşlar: 40-dan çox azarkeş saxlanılıb – FOTO

Azarkeşlər bir neçə avtomobil yandırıblar.

“Avro-2016”-nın final matçından sonra baş verən iğtişaşlar nəticəsində polis tərəfindən 40-dan çox adam saxlanılıb.

Oxu.Az AFR-a istinadən xəbər verir ki, Eyfel qülləsi yaxınlığında 90 mindən çox azarkeşin toplaşdığı ərazidə iğtişaşlar hələ matça qədər başlayıb.

Polisin məlumatına görə, azarkeşlər bir neçə maşını yandırıblar. Hüquq-mühafizə orqanı əməkdaşları suatanlardan və gözyaşardıcı qaz tətbiq etməyə məcbur qalıblar.

Parisin mərkəzində qarşıdurmalar final matçı zamanı davam edib.

Portuqaliya və Fransa arasında “Avro-2016” çempionatının final matçı portuqaliyalıların qələbəsi (1:0) ilə başa çatıb. Portuqaliya yığması futbol üzrə Avropa çempionatı tarixində ilk dəfə çempion olub.

0
23