"Jara" festivalının ikinci günündə yaşananlar - FOTOLAR

"Jara" festivalının ikinci günündə yaşananlar - FOTOLAR

Azərbaycanda “Jara” Beynəlxalq Musiqi festivalının ikinci günü ötən gün gerçəkləşib. Lent.az-ın məlumatına görə, bəstəkar-müğənni Emin Ağalarovun təşkilatçılığı ilə “Sea Breeze” istirahət mərkəzində təşkil olunan gecə saat 20:00-da başlayıb. İlk olaraq konsertə dəvət olunan tanınmış simalar qırmızı xalçanın üstündən keçərək, qonaqlarla salamlayıb, şəkillər çəkdiriblər. Daha sonra gecənin aparıcısı Yana Çurikova qonaqları salamlayaraq, sözü Ciqan və Anna Sedakovaya verib. Onlar da ifalarını təqdim etdikdən sonra səhnəyə “Eurovision 2016” təmsilçimiz Səmra Rəhimli çıxıb. Daha sonra gecəyə dəvət olunan tanınmış müğənnilərin ifası bir-birini əvəzləyib.

Serebro, Arsenium, Emil Kadırov, Denis Klyaver, Anna Sedakova, Mitya Fomin, Tünzalə Ağayeva, Stas Mixaylov, Emin Ağalarov, Keti, Nikolay Baskov, “A studio” & Nevergreen, Filipp Kirkorov, Revva, Valeriya, Adessa, Ani LOrak, Lolita, Banderos, Sergey Lazarev kimi ulduzlar səhnəyə çıxaraq, öz məharətlərin göstəriblər. Gecə saatlarına qədər davan edən konsertdə məşhur müğənnilərin ifaları festivala xüsusi maraq qatıb.

Xatırladaq ki, festivalın birinci günündə səhnəyə Diana D, A-DESSA, Katya Lel, Zülfiyyə Xanbabayeva, Polad Bülbüloğlu, Filip Kirkorov, Aleksandr Revva, Vlad Sokolovski, Artik və Asti dueti, Anita Tsoy, Tomas Nevergreen, “Suxiye” qrupu, Azər Nəsibov, Slava, Loboda, Sati Kazanova, Polina Qaqarina və başqaları çıxıblar. Gecənin iştirakçıları sırasında Stas Mixaylov, Vladimir Presnyakov, Ani Lorak, Qriqori Leps, Leonid Aqutin, Anna Sedokova, Denis Klyaver, “Arsenium”, Mitya Fomin, Bahhtee, “The Jiggits” və başqaları çıxmışdı. Həmin gün gecənin fəxri qonaqları arasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da yer almışdı.

Qeyd edək ki, “JARA” Beynəlxalq Musiqi Festivalı hər il keçiriləcək. Əgər builki proqram 2 gün üçün nəzərdə tutulubsa, gələn il artıq 3-4 gün çəkəcək, artistlərin və çıxışların sayı da artacaq.

0
239