İsveçrənin maliyyə naziri Azərbaycana gəlir

İsveçrənin maliyyə naziri Azərbaycana gəlir

“Bretton Vuds” sistemi çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunacaq.

İsveçrənin maliyyə naziri Ulrix Maurer iyulun 15-16-da Azərbaycana rəsmi səfər edəcək.

Oxu.Az xəbər verir ki, İsveçrənin Azərbaycandakı səfirliyindən “Report”a verilən məlumata görə, səfər zamanı əməkdaşlıq məsələləri, İsveçrə və Azərbaycandakı mövcud iqtisadi vəziyyət müzakirə ediləcək.

Bundan əlavə, “Bretton Vuds” sistemi (Dünya Bankı, BVF) çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunacaq.

0
17