Səmra geyimi ilə yenidən gündəmdə – FOTO

Səmra geyimi ilə yenidən gündəmdə – FOTO

Müğənni-bəstəkar Emin Ağalarovun təşkilatçılığı ilə Bakıda “Jara” Beynəlxalq Musiqi Festivalı keçirilib.

Oxu.Az xəbər verir ki, tədbirdə Zülfiyyə Xanbabayeva, Polad Bülbüloğlu, Filip Kirkorov, Aleksandr Revva, Vlad Sokolovski, Artik və Asti dueti, Anita Tsoy, Tomas Nevergreen, “Suxiye” qrupu, Azər Nəsibov, Slava, Loboda, Sati Kazanova, Polina Qaqarina, Səmra Rəhimli və başqaları çıxış ediblər.

Ölkəmizi “Eurovision - 2016” mahnı müsabiqəsində təmsil edən Səmra Rəhimli bu dəfə də açıq-saçıq geyimi ilə fərqlənməyi bacarıb.

Qeyd edək ki, festival Bakıda hər il keçiriləcək. Builki proqram iki gün - 9 və 10 iyul tarixlərində baş tutub. Gələn il “Jara” Beynəlxalq Musiqi Festivalının üç-dörd gün davam edəcəyi gözlənilir.

A.S.

0
187