"Topa zərbə vurmaq lazımdı, rəqibə yox" -Ronaldonun anası

"Topa zərbə vurmaq lazımdı, rəqibə yox" -Ronaldonun anası

AÇ-2016-nın final matçında Fransa yığmasının üzvü Dmitri Payenin Portuqaliya millisinin kapitanı Kriştianu Ronaldonu zədələməsi birmənalı qarşılanmayıb. Apasport.az saytının məlumatına görə, fransız futbolçunun həmkarını bilərəkdən zədələdiyi haqda fikirlər yayılıb.

Payenin bu hərəkətinə Ronaldonun anası Dolores Aveyru da biganə qalmayıb. Oğlunun meydanı ağlayaraq tərk etməsini məyusluqla qarşılayan Aveyru sosial şəbəkədə paylaşdığı statusla narazılığını bildirib.

Avropa çempionunun anası Fransa yığmasının üzvünü tənqid edib: “Oğlumu belə görməyə dözə bilmirəm. Futbolda topa zərbə vurmaq lazımdı, rəqibə yox. Rəqibi vurub, onu ağrıtmaq olmaz. Bu, məni çox məyus edir”.

Qeyd edək ki, Ronaldo zədələndiyi üçün final görüşünün 25-ci dəqiqəsində yerini Rikardo Kuarejmaya verib. Qarşılaşma isə Portuqaliyanın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

0
14