Türk dünyasının gənc yazarları növbəti Bakı toplantısında görüşəcək

Türk dünyasının gənc yazarları növbəti Bakı toplantısında görüşəcək

İyulun 10-dan 14-dək Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının donorluğu ilə həyata keçirdiyi “Türk dünyasının gənc yazarlarının əsərlərindən ibarət almanaxın nəşri və Bakı toplantısınn keçirilməsi” adlı beş aylıq layihə çərçivəsində tədbirlərə start verilib.

DGTYB-nin mətbuat xidmətindən Oxu.Az-a verilən xəbərə görə, layihə çərçivəsində Bakıda silsilə tədbirlər təşkil olunacaq.

Tədbirlərdə Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Başqırdıstandan, habelə Təbrizdən və “Türk Dünyasının 2016-cı il Mədəniyyət Paytaxtı” Şəkidən, “Avropanın 2016-cı il Gənclər Paytaxtı” Gəncədən, “Azərbaycanın 2016-cı il Gənclər Paytaxtı” Şəmkirdən, eləcə də, Naxçıvan Muxtar Respublikasından gənc yazarlar, paytaxtımızda fəaliyyət göstərən ədəbi qurumların nümayəndələri, yeni nəsil yazarları iştirak edəcək.

Türk dünyası ədəbiyyatının bir qrup gənc nümayəndəsinin Atatürk Mərkəzinin müdiri, Azərbyacan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü, millət vəkili Nizami Cəfərov, Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, Xalq yazıçısı Anar, AMEA Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın vitse-prezidenti, millət vəkili İsa Həbibbəyli, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu, Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev, millət vəkili Cavanşir Feyziyevlə, həmçinin “Kaspi” qəzetinin redaksiya heyəti ilə görüşləri nəzərdə tutulur.

Aytən Sadıqzadə

0
19