Portuqaliya Avropa çempionu oldu – VİDEO

Portuqaliya Avropa çempionu oldu – VİDEO

Matçda yeganə qolu Eder vurub.

Portuqaliya və Fransa yığmaları arasında keçirilən Avropa çempionatının final matçı başa çatıb.

Oxu.Az xəbər verir ki, “Stad de Frans” stadionunda keçirilən final matçında Portuqaliya yığması Fransa millisini 1:0 hesabı ilə məğlub edib.

Matçın əsas vaxtında qapılara top vurulmadığından, qalibi müəyyənləşdirmək üçün əlavə vaxt təyin edilib. Əlavə vaxtın ikinci hissəsində, 109-cu dəqiqədə Ederin vurduğu qolla portuqaliyalılar qələbə qazanıblar.

Qeyd edək ki, 25-ci dəqiqədə Portuqaliya millisinin kapitanı Kriştianu Ronaldu zədələnərək, oyunu tərk edib.

Avropa çempionatı
Final
10 iyul

Portuqaliya - Fransa - 1:0 (əlavə vaxt)
Qol: Eder, 109

0
33