ABŞ-da etiraz aksiyasında iştirak edən 100 nəfər saxlanıldı

ABŞ-da  etiraz aksiyasında iştirak edən 100 nəfər saxlanıldı

ABŞ-ın Minnesot ştatının Sent-Pol şəhər polisi afroamerikalı Filando Kastilanın qətlə yetirilməsi ilə əlaqədar etiraz aksiyasında iştirak edən ən azı 100 nəfəri saxlayıb.


Lent.az-ın “Modern.az”-a istinadən xəbər verir ki, yerli polisin təmsilçisi Stiv Lindersin verdiyi məlumata görə, 50 nəfər şənbə günü aksiyanın gedişində, 50 nəfər isə axşam saatlarında saxlanılıb.

S. Linders aksiya iştirakçılarının polisə daş, butulka və kərpic atdıqlarını söyləyib. Polis rəisi Todd Akstell isə aksiya iştirakçıları və polis arasında baş verən toqquşma zamanı 21 polis əməkdaşının xəsarət aldığını, 6 polisin isə yüngül yaralandığını açıqlayıb.

0
21