BMT Təhlükəsizlik Şurası Cənubi Sudandakı vəziyyətlə bağlı təcili iclas keçirəcək

BMT Təhlükəsizlik Şurası Cənubi Sudandakı vəziyyətlə bağlı təcili iclas keçirəcək

BMT Təhlükəsizlik Şurası Cənubi Sudanda silahlı toqquşmaların bərpası ilə əlaqədar təcili iclas keçirəcək.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Reuters agentliyinə BMT-dəki mənbə məlumat verib.

Cənubi Sudanın paytaxtı Cube şəhərində hökumət qoşunları ilə müxalifət arasında şiddətli döyüşlər gedir. Son bir neçə gün ərzində ölənlərin sayı 272 nəfərə çatıb. Cənubi Sudanın Səhiyyə nazirliyi ölənlərdən 33 nəfərin dinc sakin olduğunu bildirib.

0
19