Cənubi Sudanda silahlı qarşıdurm: Ölənlər var

Cənubi Sudanda silahlı qarşıdurm: Ölənlər var

Hadisə BMT-nin bu ölkədəki nümayəndəliyinin binası yerləşdiyi rayonda olub.

Cənubi Sudanın mərkəzi şəhəri Cubedə silahlı toqquşma nəticəsində 270-dən çox insan ölüb.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu haqda rəsmi qurumlar məlumat yayıb.

İnfromasiyaya görə, toqquşma prezident Salva Kiirin tərəfdarları ilə keçmiş qiyamçıların başçısı Riek Maşarı dəstəkləyənlər arasında baş verib.
Məlumatda bildirilib ki, hadisə BMT-nin bu ölkədəki nümayəndəliyinin binası yerləşdiyi rayonda olub.

Qeyd edək ki, 2013-cü ilin dekabrında prezident Salva Kiir müavini Riek Maşarı tutduğu vəzifədən azad edib.

0
16