​Cüdoçularımız Rusiyada 4 medal qazanıblar - FOTO

​Cüdoçularımız Rusiyada 4 medal qazanıblar - FOTO

Yarışlara sabah yekun vurulacaq.

Rusiyanın Yakutiya vilayətində yeniyetmələr arasında cüdo üzrə VI Beynəlxalq “Deti Azii” oyunları keçirilir.

Oxu.Az xəbər verir ki, yarışda məşqçi Nazim Umbayevinrəhbərliyi altında Azərbaycan cüdoçuları da iştirak edir.

Beynəlxalq yarışda təmsilçilərimiz 4 medala layiq görülüblər.

Oyunların ilk günündə yeniyetmə cüdoçularımızdan Ağabəy Ağazadə (55 kq) qızıl, Əli Sadıxov (46 kq) və Nazir Talıbov (50 kq) gümüş medal qazanıblar.

Yarışın ikinci günü isə Vüsal Şamilov (73 kq) bürünc medala sahib olub.

Qeyd edək ki, üç gün davam edəcək “Deti Azii” oyunlarına sabah yekun vurulacaq.

0
23