Türkiyədə daha bir partlayış: 4 hərbçi şəhid oldu

Türkiyədə daha bir partlayış: 4 hərbçi şəhid oldu

 Türkiyə ordusunun 4 əsgəri şəhid olub.

APA-nın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, bu gün günorta saatlarında Hakkarinin Şemdinli rayonunun Aktütün bölgəsində hərbi maşın karvanının keçişi zamanı PKK terrorçuları öncədən yola yerləşdirdikləri partlayıcı qurğunu işə salıb.

İlkin məlumatlara görə, 4 əsgər şəhid olub, 1 əsgər yaralanıb. Terrorçuların yaxalanması üçün geniş miqyaslı əməliyyat başlayıb.

0
14