"Barselona" Ardanı satır - QİYMƏT AÇIQLANDI

"Barselona" Ardanı satır - QİYMƏT AÇIQLANDI

“Barselona” Arda Turanı transferə çıxarıb. Apasport.az saytının məlumatına görə, bu barədə “Marca” nəşri iddia ilə çıxış edib.

29 yaşlı oyunçu keçən mövsüm “Atletiko”dan 40 milyon avroya alınmışdı. Ancaq katalonlar hətta 25 milyon avro qarşılığında belə Türkiyə millisinin kapitanı ilə vidalaşmağa hazırdı.

Arda Turanla “Arsenal” və “Borussiya”nın maraqlındığı bildirilib.

Qeyd edək ki, o, "Barselona"da keçirdiyi 25 oyunda 2 qol vurub və 4 məhsuldar ötürmə verib.

0
14