İranda “Su-24” döyüş təyyarəsi qəzaya uğrayıb

İranda “Su-24” döyüş təyyarəsi qəzaya uğrayıb

Hadisə yerinə ekspertlər cəlb olunub, qəzanın baş vermə səbəbləri dəqiqləşdirilir.

İranın cənubunda “Su-24” bombardmançı təyyarəsi qəzaya uğrayıb.

Oxu.Az “Tasnim” agentliyinə istinadən xəbər verir ki, təyyarə yerli vaxtla saat 9:20-də (Bakı vaxtı ilə 8:50) Fars vilayətində Baxteqan gölü yaxınlığında yerə düşüb.

Nəşrin məlumatına görə, pilotlar uğurla katapult edərək sağ qalıblar. Onlar Şiraz şəhər xəstəxanasına yerləşdiriliblər.

İlkin məlumata əsasən, qırıcı texniki nasazlıq ucbatından qəzaya uğrayıb.

Qəzanın baş vermə səbəbləri dəqiqləşdirilir.

0
15