Sabah Vyanada Qarabağ münaqişəsinə dair müzakirələr aparılacaq

Sabah Vyanada Qarabağ münaqişəsinə dair müzakirələr aparılacaq

Uorlik tvit yazdı.

Sabah, iyulun 11-də, Vyanada Dağlıq Qarabağ münaqişəsinə dair müzakirə aparılacaq.

Oxu.Az-ın məlumatına görə, bu barədə ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik özünün Twitter səhifəsində yazıb.

“Sabah Vyanada ATƏT-in Minsk Qrupunun həmsədrləri Minsk Qrupunun üzvlərini Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün nəticələri və gələcək addımlar barədə məlumatlandıracaq”, - deyə o bildirib.

0
14