İŞİD yaraqlıları dörd futbolçunu edam ediblər

İŞİD yaraqlıları dörd futbolçunu edam ediblər

İdmançılar kürd silahlı birləşmələrinə casusluqda ittiham olunublar.

İŞİD terror təşkilatının döyüşçüləri Suriyanın “Əş-Şadad” futbol klubunun dörd oyunçusunu Raqqa şəhərində edam ediblər.

Oxu.Az The Daily Mail-ə istinadən xəbər verir ki, silahlılar şəhərin mərkəzi Əl-Dəllə meydanında izdiham qarşısında dördü idmançı olmaqla beş nəfərin başını kəsiblər.

Qətlə yetirilən futbolçuların şəxsiyyəti də müəyyənləşdirilib. Bunlar Usama Əbu Küveyt, İhsan əl-Şaveykx, Nehad əl-Hussen və Əhməd Axavaxdır.

Bildirilir ki, terrorçular futbolçuları kürd silahlı birləşmələrinə casusluqda ittiham olunublar.

0
18