Öküz matadoru öldürdü

Öküz matadoru öldürdü

 İspaniyanın Teruel şəhərində təşkil olunan korridada matador Viktor Barrio faciəvi şəkildə ölüb.

APA-nın BBC-yə istinadən verdiyi xəbər görə, korridada ölüm hadisəsi sonuncu dəfə 1985-ci ildə qeydə alınıb.

Viktor Barrionun öküzlə döyüşməsi canlı efirdə yayımlanıb. Öküz güclü zərbə ilə 29 yaşlı matadoru buynuzlayaraq, onun döş qəfəsini dəlib. Ağır xəsarət almış matadoru xilas etmək mümkün olmayıb.  

Korrida (isp. corrida – qaçış, cəld hərəkət), yaxud öküz döyüşdürülməsi — ispan milli tamaşasıdır. Mənşəcə qədimdə Pireney yarımadasında öküzə sitayişlə əlaqədardır.

0
20