On biri bir ailənin üzvü olmaqla 14 nəfər öldürüldü

On biri bir ailənin üzvü olmaqla 14 nəfər öldürüldü

Meksikanın şimal-şərqindəki Syudad-Viktoriya şəhərində silahlı şəxslər 14 nəfəri qətlə yetirib.

APA-nın  “Reuters”ə istinadən verdiyi xəbərə görə, cinayətkarlar şəhərin mərkəzindəki evlərdən birinə soxularaq bir ailənin 11 üzvünü qətlə yetiriblər. Ölənlərdən doqquzu qadındır.

İnsidentdən 45 dəqiqə sonra silahlı şəxslər başqa bir evə hücum edərək bir kişi və iki qadını öldürüblər. Polis hesab edir ki, insident iki yerli cinayətkar qrup arasında münaqişə zəminində   baş verib.  

0
16