Obama: "Rusiya NATO üçün əsas təhdidlərdən biridir"

Obama: "Rusiya NATO üçün əsas təhdidlərdən biridir"

ABŞ prezidenti Barak Obama hesab edir ki, 70 illik fəaliyyəti dövründə NATO,  Rusiyanın Ukraynadakı hərəkətləri də daxil olmaqla, eyni  vaxtda bu qədər təhdidlə hələ üzləşməmişdi.  

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Obama bu barədə NATO-nun Varşavadakı sammiti çərçivəsində keçirilən mətbuat konfransında bildirib.

“Rusiya müstəqil Avropa ölkəsi olan Ukraynanın suverenliyi və ərazi bütövlüyünü pozub və NATO-ya üzv ölkələrə qarşı təxribat hərəkətlərə yol verir”, - deyə Obama qeyd edib.

Terrorçuluq və qaçqın böhranı da NATO üçün əsas təhdidlər sırasındadır.

0
23