Obama: “NATO müttəfiqlərini qoruyacaq”

Obama: “NATO müttəfiqlərini qoruyacaq”

NATO müttəfiqlərinin hamısını qorumağa hazır olduğunu bir daha təsdiqləyir.

APA-nın “RİA  Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ prezidenti Barak Obama bildirib.

“NATO dayandırma strategiyasını möhkəmləndirir. Alyans bununla açıq-aydın xəbərdarlıq edir ki,  biz müttəfiqlərimizin hər birini qoruyacağıq”,  - deyə Obama bildirib.   

Obama NATO-nun dayandırma strategiyasının möhkəmləndirilməsinə NATO-nun Avropadakı müttəfiqlərinə ABŞ tərəfindən  yardım proqramının genişləndirilməsi və digər addımları aid edib.

“Biz sadəcə NATO Nizamnaməsinin ümumi təhlükəsizliyə dair 5-ci maddəsi çərçivəsində öz öhdəliklərimizi təsdiqlədik. Bununla əlaqədar biz kollektiv təhlükəsizliyi daha ciddi şəkildə gücləndirməyə başlamışıq”, - deyə Obama  qeyd edib.

Obama həmçinin Alyansın şərq cinahda iştirakı məsələsində irəlilədiyini qeyd edib.  

0
14