Belarus və Rusiya arasında soyuqluq əlamətləri

Belarus və Rusiya arasında soyuqluq əlamətləri

Belarusun kənd təsərrüfatı nazirinin müavini Aleksandr Subbotin Rusiya Kənd Təsərrüfatına Dövlət Nəzarəti Xidmətinin (Rosselxoznadzor)  rəhbərinə heyvan mənşəli məhsulların Rusiyaya  tədarükünün dayandırıldığını bildirib.

 APA-nın RNS-ə istinadən verdiyi xəbərə görə, bundan başqa, Belarusun 9 şirkətinin istehsal etdiyi mal-qara yemlərinin də Rusiyaya ixracı dayandırılıb.

Qeyd edək ki, bundan əvvəl  Rosselxoznadzor qaçaqmalçılıq risklərinin olması səbəbindən Afrika ölkələrinə məxsus meyvələr, göbələk və soğanın Belarus ərazisindən ölkəyə tədarük olunmasına qadağa qoyub.

0
15