Əfsanəvi Pele üçüncü dəfə evlənir

Əfsanəvi Pele üçüncü dəfə evlənir

Onlar artıq 6 ildir ki, görüşürlər.

Əfsanəvi braziliyalı futboçu, üçqat dünya çempionu Pele üçüncü dəfə evlənir.

Oxu.Az-ın xəbərinə görə, bu barədə “Mirror” məlumat yayıb.

75 yaşlı Pele 50 yaşlı Marsiya Sibel Aoki ilə ailə həyatı quracaq.

Məlumata əsasən, onlar artıq 6 ildir ki, görüşürlər.

Cütlüyün toyu bir qədər əvvəl Pelenin səhhətində problem yaranması səbəbindən təxirə salınıb.

Qeyd edək ki, Pelenin əvvəlki iki evliliyindən beş övladı var.

0
26