ABŞ-da polis daha bir qaradərilini öldürüb

ABŞ-da polis daha bir qaradərilini öldürüb

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

ABŞ-ın Hyuston şəhərində (Texas ştatı) polis əməkdaşı silahlı qaradərili şəxsə bir neçə dəfə atəş açaraq öldürüb.

Oxu.Az-ın xəbərinə görə, bu barədə APA “RİA Novosti”yə istinadən xəbər verir.

Yerli polisin məlumatına görə, insident iyulun 9-na keçən gecə baş verib. Məlumata görə, silahlı polisin tapançanı endirmək tələbinə məhəl qoymayaraq, onu asayiş keşikçilərinə tuşlayıb və buna görə öldürülüb.

Öldürülən şəxsin kimliyi hələlik müəyyən edilməyib. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Qeyd edək ki, bir neçə gün əvvəl ABŞ-ın Minesota və Luiziana ştatlarında iki qaradərili polis tərəfindən qətlə yetirilib. Bununla bağlı bir neçə şəhərdə baş vermiş iğtişaşlar zamanı 5 polis həlak olub, 7-si yaralanıb.

0
27