Suriyada rusiyalı pilotlar öldürüldü

Suriyada rusiyalı pilotlar öldürüldü

Suriyada “Mİ-25” döyüş helikopteri İŞİD terrorçuları tərəfindən vurulub, nəticədə  iki rusiyalı pilot həlak olub.

APA-nın xəbərinə görə, bu barədə “TASS”a Rusiya Müdafiə Nazirliyindən bildirilib.

“2016-cı ilin iyulun 8-də təlimçi rusiyalı pilotlar Rəfaqət Xabibullin və Yevgeni Dolqin Suriya Hərbi-Hava Qüvvələrinə məxsus “Mi-25” helikopteri ilə (“Mi-24”-ün ixrac variantı) Homs əyalətində uçuş həyata keçiriblər. Bu zaman Palmiranın şərqində İŞİD-in böyük dəstəsi Suriya ordusunun mövqelərinə hücum edərək sürətlə irəliləməyə başlayıb və strateji yüksəklikləri nəzarətə götürməyə çalışıb”, - deyə məlumatda bildirilir.    

Məlumatda qeyd olunur ki, terrorçulara qarşı döyüş sursatını istifadə edən helikopter bazaya dönərkən terrorçular tərəfindən vurulub. Helikopter Suriya ordusunun nəzarətində olan ərazidə yerə çırpılıb, ekipaj həlak olub.  

0
21