İlham Əliyev monqolustanlı həmkarını təbrik edib

İlham Əliyev monqolustanlı həmkarını təbrik edib

Dövlət başçısı dost Monqolustan xalqına sülh və tərəqqi arzulayıb.

Azərbaycan prezidenti İlham Əliyev Monqolustanın prezidenti Saxiaqiyn Elbeqdorjanı Monqolustanın milli bayramı münasibətilə təbrik edib.

Oxu.Az-ın məlumatına görə, dövlət başçısı əmin olduğunu bildirib ki, Azərbaycan ilə Monqolustan arasındakı ənənəvi dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcək.

Prezident İlham Əliyev dost Monqolustan xalqına sülh və tərəqqi arzulayıb.

0
20