Türkiyədə terror: 3 şəhid, 36 yaralı

Türkiyədə terror: 3 şəhid, 36 yaralı

Türkiyənin cənub-şərqində, Mardin vilayətində PKK terrorçularının hərbi hissəyə hücumu nəticəsində azı 3 nəfər şəhid olub, 36 nəfər yaralanıb.

Lent.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, PKK terrorçuları hərbi obyektin mühafizə postu yaxınlığında bomba ilə yüklənmiş avtomobili partladıb və ardından əsgərləri atəşə tutub.

Şəhid olanlardan ikisi əsgər, bir nəfəri isə mülki şəxsdir. Yaralılardan 3-nün vəziyyətinin ağır olduğu bildirilir.

Hadisədən sonra Türkiyə Ordusu ərazidə antiterror əməliyyatına başlayıb.

0
25