NATO Azərbaycanın ərazi bütövlüyünü dəstəklədi

NATO Azərbaycanın ərazi bütövlüyünü dəstəklədi

Alyans Varşavada keçirilən sammitin yekununa dair sənəd qəbul edib.

NATO Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib.

Oxu.Az-ın Report-a istinadən verdiyi məlumata görə, bu barədə Varşavada NATO sammitinin yekun kommunikesində qeyd edilib.

“Müttəfiqlər həmçinin Azərbaycan, Ermənistan, Gürcüstan və Moldova Respublikasının ərazi bütövlüyü, müstəqilliyi və suverenliyini dəstəkləyir. Bu kontekstdə biz Cənubi Qafqazda mövcud olan münaqişələrin sülh yolu həllinə dəstək verməyə sadiq qalırıq”, - deyə sənəddə qeyd olunub.

Kommunikeni Alyansa üzv ölkələrin, eləcə də təşkilatın tərəfdaş ölkələrin rəhbərləri imzalayıblar.

Xatırladaq ki, Çikaqoda (2012) və Uelsdə (2014) keçirilən NATO sammit çərçivəsində də Azərbaycanın ərazi bütövlüyü dəstəklənib.

0
27