Türkiyədə polis binasına hücum: Ölən və yaralananlar var

Türkiyədə polis binasına hücum: Ölən və yaralananlar var

Hadisə Mardin vilayətində baş verib.

Türkiyənin Mardin vilayətinin Artuklu rayonunun Cevizli kəndindəki jandarmeriya binasına partlayıcı maddə quraşdırılmış avtomobillə hücum olub.

Oxu.Az Milliyet nəşrinə istinadən xəbər verir ki, terror aktı nəticəsində 3 nəfər ölüb, daha 36 nəfər yaralanıb. Yaralılar Mardindəki xəstəxanaya çatdırılıblar.

Qeyd olunur ki, yaraqlılar avtomobili partlatmaqla yanaşı həmçinin jandarmeriya binasını atəşə tutublar.

Hadisə yerinə polis əməkdaşalrı və yanğınsöndürənlər cəlb olunub.

0
13