NATO Əfqanıstanda daha bir il qalacaq

NATO Əfqanıstanda daha bir il qalacaq

NATO Əfqanıstandakı missiyasının müddətini daha bir il uzadıb.

NATObaş katibi Yens Stoltenberq bildirib.

NATO-nun Əfqanıstandakı missiyası qeyri-döyüş tapşırıqları yerinə yetirməyə davam edəcək.

Baş katib alyansın 2017-ci ildə də Əfqanıstanda hazırda olduğu qədər - 12 min əsgər saxlayacağını açıqlayıb.

Y. Stoltenberq onu da qeyd edib ki, ABŞ Əfqanıstanda döyüş əməliyyatlarında iştirak etməyə davam edəcək.

Bununla yanaşı, alyansa üzv ölkələrin liderləri Əfqanıstan Silahlı Qüvvələrini 2020-ci ilə kimi maliyyələşdirmək barədə qərar qəbul ediblər.

0
12