Özəl klinikada vəfat edən şəxsin ölümünün təfərrüatları - FOTO

Özəl klinikada vəfat edən şəxsin ölümünün təfərrüatları - FOTO

Xəstə klinikaya ağır vəziyyətdə müraciət etmişdir.

Vətəndaş Afaq Ələsgərova 1980-ci il təvəllüdlü Ramin Ələsgərovun ölümündə “Grand Hospital”ın həkimlərini günahlandırmışdı.

Oxu.Az xəbər verir ki, məsələ ilə bağlı “Grand Hospital”ın mətbuat katibi və marketinq direktoru Bəhruz İsmayılzadə “Ölkə.Az” saytına açıqlamasında haqlarındakı iddialara cavab verib:

“Xəstə Ramin Ələsgərov 24.06.2016 tarixində ağır vəziyətdə “Grand Hospital”-a müraciət etmişdir.

İlkin müayinə zamanı xəstədə qaraciyər sirrozu (alkoqollu hepatit və hepatit C) xəstəlikləri aşkar olunmuşdur. Uzun müddət xarici ölkələrdə bu xəstəliklərdən müalicə alan Ələsgərov R. həkimlərin qadağasına məhəl qoymayaraq (Afaq Ələsgərovanın sözündən) son günlərədək zərərli vərdişlərini (spirtli içkilərin qəbulu) davam edirib. Xəstə stasionara yatırıldıqdan və daha detallı müayinələrdən sonra onda yüksək şəkər (700mq/dL) və qan azlığı da aşkar edilmişdir.

Bu zaman bir neçə həkim dəvət olunaraq xəstənin vəziyyəti müzakirə olunmuş, şəkəri normaya (320 mq/dL) endirilmişdir. R.Ələsgərovun vəziyyətinin ağırlığını nəzərə alaraq onun yaxınlarına xəstənin müalicəsinin reanimasiya şəraitində davam etdirilməsi təklif olunmuşdur.

Lakin xəstə yaxınları sağalma qarantiyası tələb etmək və maddi durumu səbəb göstərməklə bizim tərəfimizdən təklif olunan tibbi xidmətdən imtina edərək R.Ələsgərov yaxınlarının təkidi ilə 25.06.2016-cı il tarixində 1 №-li Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə köçürülmüşdür. 1 №-li Kliniki Tibbi Mərkəzin həkimlərinin səylərinə baxmayaraq, köçürüldükdən 3 gün sonra R.Ələsgərov adı çəkilən mərkəzdə vəfat etmişdir. Allah rəhmət eləsin”.

Xatırladaq ki, mərhum Ramin Ələsgərov müğənni Əbdül Xalidin xalası oğludur.

0
20