Beş ölkə Ermənistana qarşı birləşdi - LAVAŞ İDDİASI

Beş ölkə Ermənistana qarşı birləşdi - LAVAŞ İDDİASI

UNESCO-ya sənəd təqdim olunub.

Ermənistanın lavaşı “Ermənistanda lavaş” adı altında UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına saldırmasına Azərbaycan və daha 4 ölkə etiraz edib.

Oxu.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, Azərbaycan, Türkiyə, İran, Qırğızıstan və Qazaxıstan lavaşla bağlı birlikdə sənəd hazırlayaraq, UNESCO-ya təqdim edib.

UNESCO-nun beş ölkənin hazırladığı “İncə Çörək Bişirmə və Paylaşma Mədəniyyəti: Lavaş, Katırma, Jupka, Yufka” adlı sənədlə əlaqədar qərar verəcəyi tarix də məlum olub. UNESCO 28 noyabr - 2 dekabr 2016-cı il tarixlərində Efiopiyada keçiriləcək Mədəni Miras 11-ci Hökumətlərarası Komitə Toplantısında məsələni müzakirəyə çıxararaq yekun qərar verəcək.

Qeyd edək ki, bu, Ermənistanın lavaşla bağlı təşəbbüsünə ilk etiraz deyil. Ermənistan ilk dəfə UNESCO-ya lavaşın “Ermənistan çörəyi lavaş” adı altında Qeyri-Maddi Mədəni İrs Siyahısına salınması təşəbbüsü ilə çıxış edib. Türkiyə və Azərbaycanın etirazlarından sonra Ermənistan sənədin adını “Ermənistanda lavaş” olaraq dəyişdirib. Azərbaycan və digər 4 ölkənin hazırladığı birgə sənəddə isə lavaşın bu coğrafiyada yaşayan xalqların ortaq mədəni irsi olduğu vurğulanır.

0
23