Bakıda saxta pul satan şəxslər tutuldu

Bakıda saxta pul satan şəxslər tutuldu

Əməliyyat-axtarış tədbirləri keçirilib.

Bakıda saxta əsginaslar satan Quba sakini saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata əsasən, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Quba rayon sakini Pərvin Yusifov 57 ədəd 100 manatlıq, 146 ədəd 50 manatlıq (13000 manat) saxta əsginasları paytaxtın Nizami rayonu ərazisində 2300 ABŞ dollarına satarkən tutulub.

Saxta pulları satış məqsədilə P.Yusifovla birgə hazırlamış Bərdə rayon sakini, əvvəllər məhkum olunmuş Vüsal Quliyev də müəyyən edilərək tutulub.

0
28