Rusiya XİN: Azərbaycan Rusiyanın vacib strateji tərəfdaşıdır

Rusiya XİN: Azərbaycan Rusiyanın vacib strateji tərəfdaşıdır

“Azərbaycan Rusiyanın Cənubi Qafqaz və Xəzər regionunda vacib strateji tərəfdaşıdır. Bakı ilə əlaqələr bərabərhüquqluluq, bir-birinin maraqlarına hörmət və mehriban qonşuluq prinsipləri əsasında qurulub”.

Oxu.Az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin nazir Sergey Lavrovun 11-12 iyulda Azərbaycana səfəri ilə bağlı açıqlamasında deyilir.

“Bakıda baş tutacaq görüşlərdə hər iki ölkənin gündəliyində duran aktual məsələlərin müzakirəsi və Dağlıq Qarabağ münaqişəsi, o cümlədən Vyana və Sankt-Peterburq sammitlərində əldə olunmuş razılaşmaların inkişaf etdirilməsi barədə fikir mübadiləsinin aparılması planlaşdırılır”, - deyə məlumatda bildirilir.

0
16